Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Fransa səfiri AMİP qərərgahında partiya sədrləri ilə görüşdü

Fransa səfiri AMİP qərərgahında partiya sədrləri ilə görüşdü

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasını qərərgahında AMİP, AXP və Ağ Partiya sədrlərinin Fransanın Azəbayacnadakı səfiri cənab Zakari Grosla görüşü keçirilib.

Görüşdə ölkədə və regindakı mövcud vəziyyət, Ermənistan tərəfindən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikərin icrası, Fransanın Qarabağ məsələsindəki mövqeyi, Rusiyanın Ukraynaya təcavüzü və eləcə də digər məsələlər geniş şəkildə müzakirə edilmişdir.

Görüşdə AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya başkanı Tural Abbaslı,AXP sədri Pənah Hüseyn, AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev, eləcə də səfir Zakari Grosla yanaşı, Fransa səfirliyinin Siyasi Məsələlər üzrə ateşşesi Bruyere-İsnard Teo da iştirak etmişdi. Onu da qeyd edək ki, bu görüş son bir həftə ərzində siyasi partiyaların diplomatik korpusla keçirdiyi ikinci görüşdür. İlk görüş də AMİP qərərgahında ABŞ-ın Azərbaycandakı səfirnin siyasi məsələlər üzrə müşaviri xanım Kristine Sinqlə keçirilmişdir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …