Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Feysbukdan jurnalistlərə böyük jest

Feysbukdan jurnalistlərə böyük jest

Feysbuk şirkəti jurnalistlər və KİV nümayəndələri üçün informasiya axtarışı sistemi yaradıb. Axar.az xarici mediaya istinadən xəbər verir ki, “Signal” adlanan yeni layihə Feysbuk və İnstaqram servislərində xəbərləri və populyar mövzuları izləməyə imkan verir. Feysbukun xəbərlər və qlobal media bölməsinin rəhbəri Endi Mitçelin sözlərinə görə, söhbət sosial şəbəkələrdən əldə edilən informasiyadan gedir: “Məqsədimiz Feysbuk şəbəkəsinin miqyasını və oradakı informasiyanın əhəmiyyətini nəzərə alaraq, jurnalistlərin belə materiallardan istifadəsini asanlaşdırmaqdır”. KİV nümayəndələrinə yeni sistemdən istifadəyə icazə müraciət əsasında verilir. Siqnal sistemi sayəsində jurnalistlər Feysbuk və İnstaqramda dərc edilən şərh, fotoşəkil və videomateriallardan real vaxt rejimində istifadə edə biləcəklər.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın