Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fəhmin Hacıyev ürək əməliyyatı keçirdi – FOTOLAR

Fəhmin Hacıyev ürək əməliyyatı keçirdi – FOTOLAR

Sabiq komandanın səhhəti yenidən pisləşib
Avqustun 10-da Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev Kiyevdə ürək əməliyyatı keçirib. Musavat.com xəbəri Fəhmin Hacıyevin ailə üzvlərindən alıb.
Fəhmin Hacıyevin səhhəti avqustun 4-dən 5-nə keçən gecə qəflətən pisləmiş, infarkt keçirmişdi. Yaşadığı Kiyev şəhərinin xəstəxanalarından birində 3 gün reanimasiyada saxlandıqdan sonra durumu yaxşılaşan və palataya köçürülən F.Hacıyevin səhhəti ötən gün yenidən pisləşib, həkimlər onun təcili əməliyyat olunmasını məsləhət biliblər. Əməliyyat Kiyevin kardioloji klinikalarından birində keçirilib. Həkimlər əməliyyatın uğurla keçdiyini, durumun stabil olduğunu bildirir.

 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın