Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Etimadı doğrultmayan daha bir nazir yola salınır

Etimadı doğrultmayan daha bir nazir yola salınır

Əvvəlki illərdən fərqli olaraq, hakim komandaya yeni qatılan kadrların fəaliyyətindəki yarıtmazlıq üzə çıxan kimi ölkə başçısı onu dərhal kənarlaşdırır. Son 2-3 ildə bununla bağlı presedentlərin olması da bunu təsdiq edir.

Gununsesi.info yaxın günlərdə daha bir nazirin vəzifədən azad ediləcəyini yazıb. Sayt bildirir ki, hökumətdəki mənbə Azərbaycanın Gənclər və idman naziri Fərid Qayıbovun da öz postu ilə vidalaşacağını deyib. 

Bu barədə danışan mənbə iddia edib ki, ötən dövr ərzində gənc nazirin qarşısına qoyulan vəzifələrə nail olunmayıb.

Məlumatda o da qeyd olunur ki, Fərid Qayıbovu bu postunda Milli Məclisin deputatlarından biri əvəz edəcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …