Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Ermənistan regionda destruktiv siyasət yürüdür” – Prezident

“Ermənistan regionda destruktiv siyasət yürüdür” – Prezident

Bu gün Vatikanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Prezidentİlham Əliyev münaqişə ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirib.

Dövlət başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini deyib və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …