Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / “Azərbaycan əsl tolerantlıq nümunəsidir” – Papa Fransisk

“Azərbaycan əsl tolerantlıq nümunəsidir” – Papa Fransisk

“Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür”.

Bunu Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatinkanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı rifah içərisində yaşayır. Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərə toxunan Papa Fransisk bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd etdi, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Vurğuladı ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq.

Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …