Ana səhifə / Siyasət / Ermənistan Azərbaycanla bağlı KTMT-a müraciət etməyəcək

Ermənistan Azərbaycanla bağlı KTMT-a müraciət etməyəcək

“Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyəcək”. Bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Qurgen Arsenyan deyib.

Onun sözlərinə görə, Ermənistanda vəziyyət elə deyil ki, ölkə KTMT-dən kömək istəməyə məcbur olsun.

“Ölkəmizdə vəziyyət kifayət qədər çətindir, lakin Ermənistan hakimiyyəti bunu nəzarətdə saxlayır. Ermənistan Azərbaycanla sərhəddə qarşıdurmalara görə KTMT-dən onun ərazisinə hərbi kontingent göndərilməsini xahiş etməyəcək”, – deyə o, KTMT-na üzv ölkələrin parlament komitələrinin sədrlərinin görüşü zamanı bildirib.

Qurgen Arsenyan

Arsenyan əlavə edib ki, baş nazir Paşinyanın rəhbərlik etdiyi Ermənistanın siyasi rəhbərliyinin gücü ondan ibarətdir ki, o, problemlərin atışma yolu ilə deyil, danışıqlar yolu ilə həllinə üstünlük verir. (RİA Novosti)

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …