Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Ermənistan ərazisindəki hərbi obyektlər susdurulmalıdır” – AMİP

“Ermənistan ərazisindəki hərbi obyektlər susdurulmalıdır” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası Bəyanat verib.

Bəyanatda deyilir: “Torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı uzun müddətdir gözlənilən qərar nəhayət ki, verilib. Bu qərarın verilməsi və qəhrəman ordumuzun əsgər və zabitləri tərəfindən düşmənə vurulan zərbə nəticəsində düşmən işğalında olan torpaqlarımız və yüksəkliklər bir-birinin ardınca geri qaytarılır.

Bütün cəbhə boyu məğlubiyyətini görən düşmən isə artıq bir neçə gündür ki, Ermənistan ərazisindən mülki obyektlərimizi hədəf alır. Beyləqan, Bərdə, Tərtər, Mingəçevir, Gəncə, Xızı, Abşeron və digər ərazilərimiz Ermənistandan atılan raket zərbələri ilə hədəfə alınır.

Azərbaycan Milli İstiqlal Partiyası düşmənin istənilən yerdə susdurulmasını vacib hesab edərək Azərbaycan hakimiyyətindən bu istiqamətdə qəti addımlar atılmasını vacib hesab edir. Hesab edirik ki, ilk olaraq Ermənistanın üzv olduğu KMTM və düşmən ölkənin hərbi müttəfiqi olan Rusiyaya xəbərdarlıq edilməli və bunun ardınca ərazimizə raket zərbələri endirən hədəflər harada yerləşməsindən asılı olmayaraq vurulmalıdır.

Azərbaycan Milli İstiqlal Partiyası bir daha istənilən dəstəyi verməyə hazır olduğunu bəyan edərək hər kəsi bu müqəddəs vəzifəni sonadək həyata keçirmək üçün Ordumuzun, Dövlətimizin və Ali Baş Komandanın yanında olmağa çağırır”.

Azinforum.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …