Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ermənilər Azərbaycanın 40 milyard dollarına hücum etdilər

Ermənilər Azərbaycanın 40 milyard dollarına hücum etdilər

Azərbaycanın “Şahdəniz” qazının Avropaya çatdırılmasına dair cəmi 40 milyard dollara başa gələcək Cənub Qaz Dəhlizi layihəsi İtaliyanın cənubunda əməlli-başlı dalana dirənsə də, hazırda vəziyyət qaydasındadır.

Energetika naziri Natiq Əliyev İstiPress-ə müsahibəsində bildirib ki, Transadriatik Qaz Kəmərinin (TAP) tikintisi plan üzrə davam edir.
“Heç bir problem yoxdur. TAP-ın tikintisi ilə bağlı hər şey qaydasındadır”, – deyə Natiq Əliyev bildirib.
Natiq Əliyev ABŞ prezidenti Donald Trampın 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubu da yüksək qiymətləndirib. Tramp məktbunda qeyd edib ki, ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır.
TAP-ın səhmdarlarından biri olan İtaliyanın “Snam” şirkətindən də bildirilib ki, TAP-ın tikintisi “Şahdəniz-2” yatağından Azərbaycan qazının 2020-ci ildə Avropaya tədarükünə başlanılması planına uyğun olaraq davam etdirilir.
“Snam” şirkətindəki mənbə Trend-ə bildirib ki, zeytun ağaclarının təhlükəsiz köçürülməsindən sonra kiçik tunellərin tikintisi üçün meydan hazırlanıb.
Mənbə bildirib ki, TAP və ümumilikdə “Cənub Qaz Dəhlizi” həm İtaliya, həm də bütün Avropa üçün çox mühüm layihədir:
“Cənub Qaz Dəhlizi” gələcəkdə Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsi, eləcə də tədarükün təhlükəsizliyini gücləndirmək üçün konkret imkanlar təqdim edir”.
Məsələ bundadır ki, İtaliyada Latsio regional inzibati məhkəməsi aprelin 6-da TAP-ın tikintisini dayandırmışdı.
İtaliyanın Apuliya regionunun Melendunyo şəhərinin yerli hakimiyyəti zeytun bağlarının kəsiləcəyini və çimərliyin ekologiyasının pozulacağını bəhanə edərək məhkəməyə müraciət edib, layihə üzrə işlərin aprelin 19-a kimi dayandırılması barədə qərar çıxarılmasına nail olmuşdu.
Bununla bağlı hətta kütləvi etiraz aksiyaları keçirilib. Lakin daha sonra İtaliya məhkəməsi qərarı ləğv edərək TAP-ın tikintisinin tam qanuni həyata keçirildiyi barədə qərar qəbul edib.
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də TAP kəmərinin tikintisinə mane olmaq üçün törədilən təxribatlardan danışıb.
Bildirib ki, bu təxribatların məqsədi Azərbaycan qazının Avropaya çıxarılmasına mane olmaqdır.
Prezidentin sözlərinə görə, bu məqsədlə müəyyən qüvvələr böyük pullar buraxırlar, ekoloji qruplar adı altında adamlar hazırlayırlar, məqsəd isə bu layihənin həyata keçirilməsinə mane olmaq, yaxud əngəlləməkdir.
“Bu təxribatların arxasında böyük pullar və siyasi məqsədlər dayanıb”, – İlham Əliyev deyib.
Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsindən sonra Azərbaycan Türkiyəyə də qaz satacaq. Bu, il ərzində təxminən 12 miyard kubmetr olacaq. Türkiyədə təbii qazın Avropaya nisbətən müəyyən qədər ucuz olması nəzərə alınarsa, bu ölkədə də hər il 3 milyard dollarlıq Azərbaycan qazının satılacağını ehtimal etmək mümkündür.
TANAP və TAP qaz kəməri layihələri Azərbaycanın iri qaz yatağı “Şahdəniz”in işlənməsinin 2-ci mərhələsi çərçivəsində mümkün olacaq. 2022-ci ildən sonra Azərbaycan hər il “Şahdəniz”dən 6 milyon tona qədər kondensant əldə edəcək, bu isə hər il 3-4 milyard dollar vəsait deməkdir.
Təbii ki, bu vəsaitlərin hamısı Azərbaycana çatmayacaq. İlk dövrlərdə gəlirlərin 30 faizi, yəni təxminən 3 milyard dolları Azərbayana çatacaq. Sonradan bu, 80 faizə qədər qalxa bilər.
Göründüyü kimi Azərbaycan Cənub Qaz Dəhlizi layihəsindən milyardlarla gəlir əldə edəcək. Təbii ki, bunun qarşısını almaq üçün xüsusilə canfəşanlıq edən, prezident İlham Əliyevin bəyan etdiyi kimi böyük pullar sərf edən o qüvvələr hansılardır?
KİV-də yayılan bəzi məlumatlara görə, təxribatların arxasında məhz Rusiya dayanır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, burada yalnız Rusiyadan deyil, başqa qüvvələrdən də söhbət gedir.
“Belə irimiqyaslı layihələr həyata keçirilərkən qarşıya müxtəlif baryerlər çıxır. Biz bunu 10 il əvvəl müşahidə etmişik. Bakı-Tiflis-Ceyhan kəməri çəkilərkən analoji hadisələrlə qarşılaşmışıq. Bu hadisələr Avropa deyil, qonşu region ölkələrində olub. Başqa bir tərəfdən Azərbaaycan kredit almağa hazırlaşanda həmin layihənin regiona heç bir xeyir gətirməyəcəyi ilə bağlı müxtəlif ekoloji təşkilatlar, insan haqları ilə bağlı olan təşkilatlar Avropa ölkələrindən qrantlar alıb layihə əleyhinə müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər. Burada təkcə Rusiyanı qeyd etmək olmaz. Azərbaycanda marağı olan və bunu gerçəklədirə bilməyən ölkələr, şirkətlər öz maraqlarından çıxış edərək bu layihənin əleyhinə addımlar atırlar”, – deyə İlham Şaban qeyd etdi.
Azərbaycanın əleyhinə işləyən qüvvələrin bir hissəsi Ermənistan və xaricdəki erməni lobbisi də ola bilər: “Bunu heç kim inkar etmir. Ermənistan bizimlə əsrlər boyu düşmənçilik edən, son on illiklərdə isə Azərbaycanı özlərinin həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan bir nömrəli hədəfinə çevirmiş ölkədir. Cəmiyyət bunu bilməlidir ki, böyük miqyaslı layihə reallaşdırırsansa, bu cür baryerlər qarşımıza çıxa bilir. Bu baryerləri aşmağı bacarmalıyıq. O zaman öz hədəfimizə yetişəcəyik”.

 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın