Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Erməni çörəyinə sürtülən “ingilis yağı” – ŞƏRH

Erməni çörəyinə sürtülən “ingilis yağı” – ŞƏRH

“Futbol siyasətin tam içindədir. Bakıda UEFA kubokunun finalı Azərbaycanın xeyrinə işləməli ikən anidən eyni ölkədən – Böyük Britaniyadan 3 hücumla üzləşdik. Birincisi, “Liverpul” məşqçisi finalın Bakıda keçirilməsinin yumşaq desək yanlış olduğunu bildirdi, ikincisi “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryanın Bakıya gəlişindən narahat olduqlarını söylədilər, üçüncüsü Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına axşamlar Bakıda ehtiyatlı olmaları vacibliyini vurğuladı”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Britaniyadan səsləndirilən bu fikirlərin hamısı yalandır:

“Sadəcə, ingilislər ermənilərin çörəyinə yağ sürtdülər. Bunu unutmayacağıq. Ayrı vaxt Böyük Britaniya XİN-i Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu və Azərbaycandakı sabitliyin böyük investisiyalara yol açdığından danışardı, son açıqlaması bunun tam tərsi idi. Hansı erməni saytını açsan ingilislərin “iddialarından” yazır, yəni düşmənimiz Londonun sayaqlamalarını bizə qarşı informasiya müharibəsində istifadə etməyə çalışır.

Əlbəttə, etiraz etməliyik, bu bizim haqqımızdır. Ancaq futbol termini ilə desək önəmli olan oyunun ikinci hissəsinə yaxşı hazırlaşmaqdır. Şübhə etmirəm ki, final oyunu yüksək səviyyədə keçəcək, özlərini pis aparmasalar bir ingilis azarkeşin burnunu da qanamayacaq və finaldan sonra “Liverpul”un məşqçisi hətta “üzr istəyirəm, yanlış fikir söylədim, Bakıdakı final unudulmaz idi” demək məcburiyyətində qalacaq, üstəgəl Mxitaryan da top qova biləcək”.

Elxan Şahinoğlunun sözlərinə görə, final gününə və ondan sonrakı günə hazırlaşıb dünyaya sübut etməliyik ki, UEFA rəhbərliyi final oyunu üçün Bakını seçməkdə düzgün addım atıb: “Final günü və sabahısı artıq beynəlxalq aləm ingilisləri yox, artıq bizi eşitməlidir. Çünki əməlimizlə ingilislərin necə böyük səhvə yol verdiklərini göstərəcəyik”. (Teleqraf.com)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …