Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Emin Əmrullayev İlham Pirməmmədovu işsiz qoymadı

Emin Əmrullayev İlham Pirməmmədovu işsiz qoymadı

Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri, nazirin müşaviri olmuş İlham Pirməmmədova Azərbaycan Texniki Universitetində yeni vəzifə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ilin may ayında Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, universitetin Elm və Texnika üzrə prorektor vəzifəsi ləğv edilib. Onun yerində Elm və İnnovasiya üzrə prorektor vəzifəsi yaradılıb. Bu vəzifəyə elektrik elektronika mühəndisliyi doktoru, professor Çətin Elmas təyin olunub. 
Prorektor vəzifəsini itirən İlham Pirməmmədov isə Azərbaycan Texniki Universiteti rektorunun müşaviri təyin edilib.
Qeyd edək ki, İlham Pirməmmədov sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun ən yaxın adamı hesab edilirdi.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …