Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Eldar Sabiroğlu: “Tehran polisi nədən seyrçi mövqe tuturdu!?”

Eldar Sabiroğlu: “Tehran polisi nədən seyrçi mövqe tuturdu!?”

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum təsadüfi sayıla bilməz. Bu, bir başa fars rejiminin hazırladığı dövlət terrorudur. Bunun başqa adı yoxdur. Dünya öz etirazını hökmən bildirməli və bu cinayəti törətdiyinə görə İran cəzalanmalıdır. Düşmənin səfirrliyimizə hücumuzamanı terrorçu dəstə arasında ermənilərin olduğu barədə məlumatlar da yayılır. Xüsusi xidmət orqanları elə zənn edirlərmiş ki, qısa müddətə Azərbaycan səfirliyini təslim edə biləcəklər. Lakin onların düşündüyü kimi olmadı. Diplomatlarımız sözün əsl mənasında terrorçu qrupla savaşa qalxdı. Orxan adlı igidimiz sonacən döyüşdü və qəhrəmancasına həlak oldu.

İran hökuməti səfirliyimizdə törətdiyi ağır cinayət hadisəsini üzərindən yayındırmaq məqsədi ilə insanlığa yaraşmayan müxtəlif bəhənələrlə dünyanı aldatmaq yolunu tutub. Tutalım ki, Azərbaycan diplomatlarına qarşı terror hadisəsi baş verməyib. Bir anlığa təsəvvür edək ki, bu, göydə uçan boşqabların işidir və terrorçunu da göydən yerə göndərən zalimin dostluq etdiyi boşqablardı. O zaman bir vacib suala XALİQ cavab istər. Əlindəki avtomat “kalaşnikovla” səfirliyə daxil olub Azərbaycanın diplomatik korpusunu gülləbaran edən cinayətkara qarşı hansısa zərərləşdirici tədbir görmək əvəzinə Tehran polisi nədən seyrçi mövqe tuturdu!?

Eldar SABİROĞLU,

Azinforum.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …