Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Eldar Həsənovun həbsi bununla bağlı ola bilər…” – İsa Qəmbər

“Eldar Həsənovun həbsi bununla bağlı ola bilər…” – İsa Qəmbər

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər keçmiş Baş prokuror, səfir Eldar Həsənovun həbs olunmasına qısa münasibət bildirib.

O, “AzPolitika.info”-ya açıqlamasında deyib ki, hakimiyyət E.Həsənovun həbsini korrupsiya əməlləri ilə bağlayır: “Amma hakimiyyətdə korrupsiyaya bulaşmamış kimsə olmadığı üçün bu həbsin əsas səbəbi hakimiyyətdaxili yenilənmə xəttinə daha əlverişli şərait yaratmaq istəyi ola bilər. Biz MSDM olaraq prosesi diqqətlə müşahidə edirik”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …