Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / DTX rəisi və Abazyan Moskvada: Üçtərəfli görüş keçirildi

DTX rəisi və Abazyan Moskvada: Üçtərəfli görüş keçirildi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun təşəbbüsü ilə Moskvada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin iştirakı ilə görüş keçirilib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Görüşdə hərbi əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin axtarışı kimi vacib məsələlər müzakirə edilib.

Məlumata əsasən, tərəflər bir sıra istiqamətlərdə iş aparmaq üçün razılığa gəliblər. Azvision.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …