Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Deputat onu söyənləri Milli Məclisə çağırır – “Kişidilərsə, gəlsinlər”

Deputat onu söyənləri Milli Məclisə çağırır – “Kişidilərsə, gəlsinlər”

“Mənim fikirlərim konteksdən çıxarılıb. Feysbuka daxil olan hamını avara adlandıra bilmərəm. Demişəm ki, onu-bunu tənqid edənlər, boş-boş vaxt keçirənlər avaradırlar”.

“ Azinforum.az ” xəbər verir ki, bunu AzVision.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə haqqında səslənən fikirlərə münasibət bildirərkən deyib.

“Mənə sual verdilər ki, sizi tənqid edirlər. Mən də dedim ki, bu, tənqid deyil, söyüşdür. Onu yazanlar, səhərdən axşama qədər vaxtını orada keçirənlərin hamısı avaradır. Yəni, ümumilikdə hamını avara adlandırmamışam. Mənim oğlum, həyat yoldaşım da feysbuka girir. Ona görə mən deyə bilmərəm ki, orada olanların hamısı avaradır. Amma vaxtını feysbukda keçirənlər, 24 saat orada olanlar avaradır. Bununla bağlı Milli Məclisin İntizam Komitəsinin məni cəzalandırmasına gəlincə, elə bir şey ola bilməz. Ümumiyyətlə fikirinə görə insanı necə cəzalandıra bilərlər?”-deyə A.Əlizadə vurğulayıb.

Deputat sosial şəbəkələrdə onu söyənlərə sərt cavab verib: “Sözləri varsa, üzümə desinlər. İş yerimi, Milli Məclisi tanıyırlar. Gəlsinlər həmin sözləri üzümə desinlər. Əgər kişidilərsə, gəlsinlər. Bizdə məhəllədə belə idi. Döyülən cavab verə bilməyəndə qaçıb söyüş söyməyə başlayırdı. İndi bunlar da sözlərini üzümə deyə bilmirlər, “Facebook”a girib məni söyürlər”.

A.Əlizadə qeyd edib ki, ona söyüş söyənləri məhkəməyə vermək fikrində deyil: “Mən heç kimdən şikayət edən deyiləm. Sözümü kişi kimi deyirəm. Qoy, onlar da yazsınlar ki, Arazı belə-belə söymüşəm. Ünvanım da filandır.

Onlar kimdir axı?. Mən sözümü ağıllı insanlara deyirəm. Səfəh insanlar sözümü dərk etməsələr daha yaxşıdır. İndi onlar söyüş söyürlər? Söysünlər. Belə bir məsəl var ki, səfeh insanın söyüşünün özü tərifdir”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın