Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Deputat: “Elmira Axundova zarafatla mənə dedi ki, “Rüfət, deyəsən, Ukraynaya səfir gəlirsən…””

Deputat: “Elmira Axundova zarafatla mənə dedi ki, “Rüfət, deyəsən, Ukraynaya səfir gəlirsən…””

“Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə dünən axşam ironiyalı telefon danışığımız oldu. Zarafatla mənə dedi ki, “Rüfət, deyəsən, sən Ukraynaya səfir gəlirsən“. Mən də hələ ki getmədiyimi və məlumatın şübhə doğurduğunu bildirdim. Görünür, bizim aramızı vurmaq istəyirlər. Biz Elmira xanımla 2002-ci ildən bəri tanışıq, 15 il çiyin-çiyinə fəaliyyət göstərmişik, onlarla xarici səfərlərdə bərabər olmuşuq, bir-birimizin xətrimizi çox istəyirik. Elmira Axundova təkcə MDB məkanında deyil, bütün dünyada tanınmış və qəbuledilmiş professional jurnalistdir”.

Bunu Pravda.az-a açıqlamasında Ukraynaya səfir göndərilməsi ilə bağlı haqqında məlumatlar yayılan Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat bildirib ki, Elmira Axundova mənə zarafatla fikrini bildirəndə, mən də eyni zarafatla hələ Ukraynaya bilet almadığımı dedim: “Ümumiyyətlə bütün jurnalistlərə hörmətim böyükdür, hər zaman bir-birimizə böyük hörmətlə yanaşırıq. Amma Samir Feyruzovun hansısa məlumatı “barmaqdan sovurub” verməsi yanlışdır. Bunun məğzini nə mən, nə də xanım səfir başa düşə bilmədik”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …