Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Deputat bankları şəhid ailələrinin kredit borclarının ləğvinə çağırıb

Deputat bankları şəhid ailələrinin kredit borclarının ləğvinə çağırıb

Millət vəkili Qənirə Paşayeva  parlamentdən banklara şəhidlər və şəhid ailələri ilə bağlı müraciət edib.
Millət vəkili Qənirə Paşayeva parlamentdə Ombudsmanın illlik hesabatınin müzakirəsi zamanı bankları son günlər cəbhədə  aparılan əməliyyatlar zamanı şəhid olan qardaşlarımızdan kimlərinsə banklara kredit borcları varsa, onları silməyə, bağlamağa çağırıb: “Banklara üz tutaraq deyirəm ki, əgər son günlər döyüşlərdə şəhid olmuş insanlarımızın özlərinin və ya ailələrinin kredit borcları varsa, onları bağlayardılar. Vətənimiz, torpaqlarımız uğrunda şəhid olan şəhidlərin və onların ailələri ilə bağlı bu cür addımlar həm şəhid ailələrimiz, həm də  bütün cəmiyyətimiz üçün müsbət bir addım olardı.Ümid edirəm ki, bu çağırışa səs verəcəklər”.
Millət vəkili Qənirə Paşayeva  MM-in iclasında həmçinin ön cəbhə kəndlərindən danışıb və bu kəndlərə müəyyən imtiyaz və güzəştləri nəzərdə tutan ön cəbhə kəndləri ilə bağlı xüsusi dövlət proqramının qəbul edilməsinin vacibliyini xüsusi vurğulayıb: “Son hadisələr zamanı da bütün dünya  gördü ki, ön cəbhə kəndlərimizdə yaşayn insanlarımız necə qəhrəman insanlardır”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın