Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Daha bir neçə partiya fəaliyyətini dayandırır (SİYAHI)

Daha bir neçə partiya fəaliyyətini dayandırır (SİYAHI)

“Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab verməyən partiyalar ard-arda fəaliyyətini dayandırır. Artıq fəaliyyətini dayandıran partiyaların sayı 13-ə çatıb. 
Proses davam edəcək. Yaxın vaxtlarda daha bir neçə partiya özünü buraxdığını bəyan edəcək. Bu sırada Azərbaycan Milli Dövlətçilik Partiyası (AMDP), Cümhuriyyət Xalq Partiyasının (CXP) və Müstəqil Xalq Partiyasının (MXP) adı çəkilir.
AMDP 1994-cü ildə qeydiyyata alınıb. Partiyanın sədri Nemət Pənahlıdır. 
CXP və MXP isə 2020-ci ildə qeydiyyata alınıb. Birincinin sədri Bədrəddin Quliyev, ikincinin sədri isə Əflan İbrahimovdur. 
Yanvar ayında “Siyasi partiyalar haqqında” yeni qanun təsdiqlənib. Yeni qanuna görə siyasi partiyaların qeydiyyatdan keçməsi üçün minimum 5000 üzv lazımdır. 
Partiyaların əksəriyyəti bu tələbə cavab vermədiyinə görə onlara iyul ayına qədər vaxt verilib. Bu müddət ərzində də 5000 üzv toplamaq iqtidarında olmayan partiyalar ya birləşmək, ya da fəaliyyətini dayandırmağa üstünlük verir.
Bu günə qədər aşağıdakı partiyalar fəaliyyətini dayandırıb:
Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası Azərbaycan Sosial Demokrat Partiyası Azərbaycan Liberal Demokrat PartiyasıMilli Vəhdət Partiyası Azərbaycan Sosial Rifah Partiyası Azərbaycan Naminə Alyans Partiyası Azərbaycan Təkamül Partiyası Birlik PartiyasıAzərbaycan Azad Respublikaçılar PartiyasıAzərbaycan Respublikaçılar Partiyası Yeni Yol Partiyası  Azərbaycan Milli Demokrat Partiyası (Bozqurd) 
Partiyaların birləşməsinə gəlincə, hələlik belə bir fakt yoxdur. Qaynarinfo

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …