Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və prezidentliyə namizədliyi “AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, həmin şəxslər namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim ediblər. Onların namizədliklərinin qeydə alınması üçün əsaslar var.

Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …