Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı – Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı – Tam mətn (EKSKLÜZİV)

2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş Sandra Elizabet Rulofs Azərbaycana gəlib. O, Milli Fikir Mərkəzi tərəfindən tərcümə edilmiş kitabının təqdimatında iştirak edib.


Etatist.com
 xəbər verir ki, fevral ayının 27-də gecə saat 01:00 radələrində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xanımı, SOCO xeyriyyə fondunun rəhbəri Sandra Elizabet Rulofs Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadənin dəvəti ilə müəllifi olduğu “Bir idealistin hekayəsi” kitabının təqdimatında iştirak etmək üçün Azərbaycan paytaxtına gəlib. Xanım Rulofsu Bakıda Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə və MFM üzvləri qarşılayıb.

* * *

Fevral ayının 27-də saat 11:00-da xanım Rulofs əvvəlcədən müəyyən edilən qrafikinə əsasən MFM sədri Şəhriyar Məcidzadə və MFM üzvləri ilə birlikdə mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib və məzarın üzərinə gül dəstələri qoyub.

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

* * *

 

“Bir idealistin hekayəsi” kitabının təqdimatı

Daha sonra saat 14:00-da Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə özünün müəllifi olduğu “Bir idealistin hekayəsi” kitabının təqdimat mərasimində iştirak etmək üçün Park İnn hotelə yollanıb. Park İnn hotelin “Dan Ulduzu” zalında oxucu kütləsinin alqışı ilə zala daxil olan xanım Rulofs qonaq kürsüsünə əyləşdikdən sonra söz alan Milli Fikir Mərkəzinin sədrinin müavini Pünhani Əsgərli qonaqları salamladıqdan sonra tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tədbirin açılışını edən MFM sədrinin müavini Pünhani Əsgərli kitab haqqında qısa məlumat verdikdən sonra qonaqları Sandra Rulofsun özünün səsləndirdiyi “Tbiliso” musiqisinin fonunda videoçarxı izləməyə dəvət edib.

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

* * *

“Biz “hə” deyirik – yeniliyə, yaradıcılığa, mədəniyyətə”

Sonra çıxış üçün söz Milli Fikir Mərkəzinin rəhbəri və kitabın Azərbaycan dilinə tərcümə edilməsinin ideya müəllifi Şəhriyar Məcidzadəyə verilib:

“Hər birinizi salamlayıram. Hər şeydən öncə Hollandiyanın qızılgülünü günəşli ölkəmizdə görməkdən şad olduğumu demək istəyirəm. 2 il bundan əvvəl Gürcüstanda səfərdə olarkən bir kitab mağazasında xanım Sandra Rulofsun kitabını gördüm. Kitabı vərəqləyəndə diqqətimi çəkən məqamların Azərbaycan oxucusuna çatdırılmalı olduğunu düşündüm. Hər şeydən əvvəl bu kitabda dünyanın nə qədər iç-içə olması və inteqrasiyanın önəmi vurğulanır. Mədəniyyətlərarası əlaqəni və bu əlaqənin nə qədər vacib olduğunu həm bir ailənin, həm də bir ölkənin timsalında görürük. Mən gördüm ki, sevgi və hörmətlə qurulan bir ailənin sütunlarının möhkəm olması bir ölkənin gələcəyi üçün nə qədər önəmlidir. Bu örnək alınmalı olan nümunə idi.

Bu gün sevinirəm ki, biz bu tədbirə toplaşmışıq və Azərbaycan oxucusuna bu kitabı təqdim edirik. İnanıram ki, siz də oxuyanda zövq alacaqsınız və Gürcüstanın ailə modeli, ondan sonra baş verən proseslərdən nəticə çıxaracaqsınız.

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Mixail Saakaşvilinin inauqurasiyasında göydən gül ləçəkləri tökürdülər. Bunun böyük mənası var idi. Xanım Rulofs buna açıqlama gətirməsə də, mən bildirmək istəyirəm ki, bu qədim zamanlardan “hə” deməkdir.

Biz “hə” deyirik – yeniliyə, yaradıcılığa, mədəniyyətə. Bundan əvvəl tərcümə və nəşr etdiyimiz kitablar da bunu göstərir. Biz Azərbaycan oxucusuna “Bəyaz zanbaqlar ölkəsində” kitabıyla Finlandiya modelini, “Yəhudi dövləti” kitabıyla İsrail modelini, Qandini və Atatürkü təqdim etmişik. Mən ümid edirəm ki, siz bu sonuncu kitabımızı da oxuyacaq və yaymağa çalışacaqsınız, çünki bu, çox vacibdir”.

* * *

İlk dəfə 2005-ci ildə nəşr edilən kitab bu günə qədər 7 dildə tərcümə olunub. Kitabda xanım Rulofsun Mixail Saakaşvili ilə tanışlığından, ailə həyatından, Gürcüstanda gördükləri işlərdən, yaşadıqları çətinliklərdən bəhs edilir.

* * *

Daha sonra söz kitabın müəllifi Sandra Elizabet Rulofsa verilib. O, MFM sədri Şəhriyar Məcidzadəyə, tərcüməyə görə Cavid Əliyevə, təşkilatçılıq işlərinə görə Pünhani Əsgərli, Mələk Hacıyevaya və Azərbaycan oxucusuna təşəkkür edərək dekabrın 10-da keçirilməli olan tədbirin niyə təxirə salındığına açıqlama gətirib:

“Dekabrın 9-10-u Bakıda olmalı idim və tədbir baş tutmalı idi. Lakin həmin ərəfədə mənim həyat yoldaşımı həbs etmək istəyirdilər və bir neçə gün sonra o, Ukraynada həbs edildi. Azad olunduqdan sonra isə Hollandiyaya getməli oldu və bu təxminən 10 gün əvvəl yenə də baş verdi. Mən qorxurdum ki, Bakıdakı kitab təqdimatını yenə təxirə salmalı olacam. Lakin indi onun həyatı üçün təhlükə yoxdur və mən Azərbaycana səfər edib kitabımın təqdimatında iştirak edirəm.

Mən kitabımın ilk nəşrindən 13 il sonra Milli Fikir Mərkəzi tərəfindən tərcümə olunacağını eşidəndə çox sevindim. Bu, mənim üçün bu kitabın zamanla dəyərini itirmədəyinə dair növbəti faktdır. Bu kitabda Gürcüstan haqqında da, Gürcüstan və Hollandiya arasında yeni mədəniyyətə inteqrasiya haqqında da məlumat var. Kitabda həmçinin Gürcüstanın tarixi haqında önəmli məqamlar var və bu tarixi dövr ərzində mənim həyat yoldaşımın parlamentdə fəaliyyəti, ədliyyə naziri, şəhər şurasının sədri, “Qızılgül İnqilabı”nın ilk üç rəhbərindən biri olaraq fəaliyyəti və prezident olduğu dövrdən bəhs olunur. Onun siyasi fəaliyyətinin təsviri ilə yanaşı mən Gürcüstan cəmiyyətinə inteqrasiyamı, oğullarımı necə böyütdüyümü təsvir etmişəm.

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Bu kitab həmçinin bir yerdə yaşayan nəsilləri ifadə edir. Həmçinin kitabda həyat yoldaşımın ulu nənəsi Tamaraya da yer vermişəm, o, 2002-ci ildə vəfat etdi. Kitabda qədim Gürcüstan haqqında məlumat var, Çünki mən oranı ikinci vətən kimi qəbul etmişəm, burda yaşamışam, işləmişəm, həyatımın böyük hissəsini burada keçirmişəm.

Kitabda eyni zamanda Gürcüstan və Hollandiyanın mənəvi dəyərləri, mədəniyyəti, mentaliteti arasındakı fərqlər nəzərə çatdırılıb. Gürcüstanda səmadakı buludların rəngini ağ və qara kimi, Hollandiyada isə həm də boz rəngdə görməyə çalışırlar.

Həmçinin kitabda bizim Azərbaycan Respublikasının prezidenti və xanımıyla münasibətimizə də toxunulub. Əliyev ailəsi ilə bizim çox isti münasibətimiz olub. Onlar bizi enerji böhranında, Rusiya işğalında müdafiə etmişdilər. Gürcüstan və Azərbaycan dinləri fərqli olsa da, qardaşlıq şəraitində yaşayan ölkələrdir. Mənim həyat yoldaşım və İlham Əliyevin çoxlu ortaq cəhətləri var, onların hər birinin ölkənin gələcəyi üçün baxışları və planları var. Onların oxşar fikirlərinə əsasən mən hətta deyərdim ki, qarşılıqlı səfərlər zamanı onlar dayanıqlı inkişaf, enerji təhlükəsizliyi haqqında fikir mübadiləsi aparıblar. Onların hər ikisinin prezident olduğu dövrdə ölkələr güclənib. Prezident İlham Əliyev bu işləri hazırda Azərbaycanda həyata keçirir, mənim həyat yoldaşım isə Ukraynada etmək istəyir. O, uğurlu islahatlara görə Ukraynaya dəvət edildi. Yaxın gələcəkdə biz şahid olacağıq ki, o, bunu edə biləcək ya yox. Azərbaycandakı prezident ailəsiylə də şəxsi münasibətlərimiz çox yaxşı olub, valideynlərim də burada səfərdə olub, qarşılıqlı olaraq bir-birimizə xoş təəssürat bağışlamışıq.

Mən ümid edirəm ki, Milli Fikir Mərkəzi təhsil, mədəniyyət, qadın azadlığı və s. kimi sahələrdə fəaliyyətinə davam edəcək. Həmçinin mən də layihələrin hazırlanmasında dəstək göstərməyə, mühazirə deməyə razıyam. Təklif edirəm ki, onlar istəsələr, həyat yoldaşımın sonuncu kitabını tərcümə edə bilərlər. O, bu kitabda həyata keçirdiyi islahatlar haqqında yazıb. Əgər Tbilisiyə yolunuz düşsə, Mixail Saakaşvilinin “Prezident kitabxanası”na baş çəkin, burda təkcə mənim həyat yoldaşımın prezidentlik dövrü haqqında deyil, ondan əvvəlki prezidentlərin də prezidentlik dövrü haqqında məlumatlar mövcuddur. Kitabxana Yurqen Mayerin memarlıq konsepsiyası əsasında hazırlanıb və çox gözəl arxitekturası var. Onu da qeyd etmək istəyirəm ki, kitabdan əldə olunan gəlir mənim xeyriyyə fonduma köçürülür və bu gəlir “SOCO” xeyriyyə fondu vasitəsilə təhsil və səhiyyə sahəsindəki işlərə sərf olunur”.

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

* * *

Tədbirin sonunda MFM sədri Şəhriyar Məcidzadənin sifarişi ilə Paraselsusun gənc rəssam Aygün Xanəliyeva tərəfindən hazırlanmış rəsmini Sandra Rulofsa hədiyyə edib. Daha sonra isə Milli Fikir Mərkəzinin 6 illik tarixində ilk dəfə olaraq Sandra Rulofs Milli Fikir Mərkəzinin Fəxri Dostu elan olunub və ona plaket təqdim edilib.

* * *

Bundan sonra isə “Bir idealistin hekayəsi” kitabının imza mərasimi keçirilib.

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Qeyd edək ki, tədbirdə ictimai simalar, diplomatik korpus və media nümayəndələri, eyni zamanda müstəqil gənclər iştirak edirdi.

Tədbirdən sonra isə Sandra Rulofs MFM üzvləri və dostları ilə görüş keçirib, onların suallarını cavablandırıb.

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Onu da xatırladaq ki, Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə Tərtərin müdafiəsinin təşkilində misilsiz xidmətlər göstərmiş Tərtər rayonu icra hakimiyyətinin başçısı Tərtər özünümüdafiə batalyonunun komandiri Sərdar Həmidovun oğludur.

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Saakaşvilinin xanımının Bakıdakı təqdimatda heç yerdə verilməyən çıxışı - Tam mətn (EKSKLÜZİV)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …