Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Dəmir yumruq” abidəsi üçün Hadrutun seçilməsi təsadüfdürmü? – ŞƏRH

“Dəmir yumruq” abidəsi üçün Hadrutun seçilməsi təsadüfdürmü? – ŞƏRH

“Dəmir yumruq abidəsi üçün Hadrut qəsəbəsinin seçilməsi təsadüf deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev işğaldan azad edilmiş Hadrut qəsəbəsində qoyulan “Dəmir yumruq” abidəsindən danışarkən deyib. Onun sözlərinə görə, Hadrut qəsəbəsi uzun illər boyu ermənilərin ən sıx yaşadığı və müstəqillik illərində Azərbaycanın heç bir zaman faktiki olaraq nəzarət etmədiyi yaşayış məntəqələrindən biridir:
“Hadrut rayonu faktiki olaraq Sovet dönəmindən Azərbaycan ərazisinə daxil olsa da, oranın idarəetməsini daha çox Ermənistan həyata keçirib. Heç bir zaman Hadrut qəsəbəsində Azərbaycan bayrağı dalğalanmamışdı. Artıq orada bizim həm əsgərimiz, həm abidəmiz, həm də bayrağımız dalğalanır. Dolayısı ilə biz bu abidəni orada yerləşdirməklə Ermənistandakı revanşist qüvvələrə erməni silahlıları çaxmayacağı təqdirdə həmin əraziləri də azad edə biləcəyimizin mesajını göndərmiş oluruq”. 

Türkiyə bayrağının Qarabağda dalğalanması məsələsinə gəlincə, Ədalət Verdiyev qeyd edib ki, bu, həmin ərazilərə yarana biləcək istənilən təhdidə Türkiyənin də reaksiya verə biləcəyi anlamına gəlir.
Qeyd edək ki, işğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi qoyulub. Sosial şəbəkələrdə yayılan fotodan göründüyü kimi, abidənin aşağısında dronlar və əsgərlər təsvir edilib. Abidə şəhidlərin xatirə kompleksinin qarşısında, Azərbaycan və Türkiyə bayraqlarının əhatəsində qoyulub. 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …