Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Çavuşoğlu Zəriflə danışdı, şeir məsələsinə aydınlıq gətirildi

Çavuşoğlu Zəriflə danışdı, şeir məsələsinə aydınlıq gətirildi

Türkiyə Respublikasının xarici işləri naziri Mövlud Çavuşoğlu ilə İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Nazir Mövlud Çavuşoğlu söhbət zamanı bildirib ki, Qarabağa həsr olunduğu bəlli olan bir şeirin və İranla əlaqəsi hətta işarə belə edilməyən məlum nitqin, bu mövzunu müzakirə edə biləcək kanallar olduğu halda, İran tərəfindən ortaya atılan iddialar və Prezidentimizi hədəf alan ağır açıqlamalar qəbuledilməzdir. Məlum açıqlamalar, ən çətin günlərində İrana hər kəs arxa çevirdiyi halda, Türkiyənin bu ölkənin yananında olmasının unudulduğu barədə məyusluğu belə artırır. Azvision.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …