Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Cavid Qurbanov yola salınır – “Dəmiryolları”nın şefi əmlakını satışa çıxardı

Cavid Qurbanov yola salınır – “Dəmiryolları”nın şefi əmlakını satışa çıxardı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun müflis olduğu deyilir.

Yenicag.az xəbər verir ki, QSC sədri həm Azərbaycandakı, həm də xaricdəki yaşayış və qeyri-yaşayış obyektlərini satışa çıxarıb.

Məlumata görə, Cavid Qurbanov “Topaz”dakı payını da satmaq istəyir və bunun üçün alıcı da axtarır.

Cavid Qurbanov tikdirdiyi və və tikdirməkdə olduğu binaların sənədlərini banklara qoyub, böyük miqdarda pul götürdüyü də əldə edilən məlumatlar arasındadır. Cavid Qurbanovun bu addımı atmasının səbəbi bəlli deyil. Ehtimal edilir ki, yaxın günlərdə Cavid Qurbanovun vəzifədən kənarlaşması da gündəmə gələ bilər.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …