Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Cəmil Həsənli niyə istefa verir?

Cəmil Həsənli niyə istefa verir?

Xəbər verdiyimiz kimi, Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkə hesabında sədrlikdən getmək istədiyini açıqlayıb. Onun sədrlikdə getsə də, qurumda təmsil olunacağını bildirməsi yeni sədrin kimliyilə bağlı müzakirələri bir qədər də intensivləşdirib. Namizədlər arasında ən çox Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu və Gültəkin Hacıbəylinin adları çəkilir. 

Milli Şuranın yeni sədri kim olacaq?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış jurnalist Şahvələd Çobanoğlu Yenisabah.az-a açqlamasında deyib ki, hələ heç bir istefadan söhbət gedə bilməz:

“Cəmil Həsənlinin Milli Şuranın sədrliyidən getməyə hazırlaşması barədə xəbər doğru deyil. O, sadəcə təklif edib ki, gənclərə yol verək. Əvvəllər də belə təklifi olub ki, gənclərin önü açılsın. Qalan məsələlər də seçki yolu ilə həll olunmalıdır“. 

Ş. Çobanoğlu kimin sədr olma ehtimalını belə dəyərləndirib:

“Şuradakıların hər biri rəsmi üzv olduğu üçün hər kəsin seçilmə ehtimalı var. Seçkidə namizədliyini verəcək olan hər kəs sədr ola bilər. Əgər Cəmil Həsənlinin sədrlikdən getməsi rəsmiləşərsə, kimi seçsələr o da sədr olacaq”. 

Sosial şəbəkələrdə Tofiq Yaqublunun emosional, çılğın olduğuna görə seçilmə ehtimalının olmamasına münasibət bildirən müsahibimiz deyib ki, seçimdə kiminsə emosiyaları nəzərə alınmır:

“Kimsə emosionaldı, kimsə hansısa xarakterinə görə qəbul edilmir deyə bir şey ola bilməz. Bizdə seçki qavramı, seçki anlayışı var, hansı ki, bu cəmiyyət üçün qəbul edilən dəyərdir, kim layiqdirsə, o da seçilib Şuranın sədri ola bilər”. 

Jurnalist sonda Cəmil Həsənlinin getməsinə heç kimin razı olmadığını bildirib:

“Hələki sədr Cəmil Həsənlidir. Açığı, heç kim onun getməsini istəmir. Cəmil bəyin sadəcə Koordinasiya Mərkəzinə etdiyi təklifi olub, amma hələki bu barədə rəsmi qərar yoxdur“.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …