Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Bütün ölkənin partiyaları, birləşin” – YAP-ı seçənlər və digərləri…

“Bütün ölkənin partiyaları, birləşin” – YAP-ı seçənlər və digərləri…

“Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqlənməsindən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək qərarı verib.

Həmin partiyaların bu addımı yenidən qeydiyyat problemi ilə bağlıdır. “Siyasi partiyalar haqqında” yeni qanunda partiyaların qeydiyyata alınması üçün ən azı 5000 üzv tələb edilir. Həmin partiyalar isə bu tələbə cavab vermir. Baxmayaraq ki, partiyalara yeni qanuna uyğunlaşmaq üçün 6 ay vaxt verilib, YAP-a birləşmək istəyən təşkilatlar bu müddət ərzində də 5000 üzv toplaya bilməyəcəklərini düşünür.

YAP-a birləşmək istəyən partiyalar arasında Sosial Rifah Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal-Demokrat Partiyası və bu kimi partiyaların adı çəkilir.

Məlumat üçün deyək ki, adıçəkilən partiyalar uzun müddətdir ki, fəaliyyət göstərir və hakimiyyətə yaxın siyasi təsisatlar hesab olunurlar. Digər müxalifət və qeydiyyatla bağlı problem yaşayan partiyalar Qubad İbadoğlu kimi partiyasını qapadacaq, yoxsa hansısa birləşmə mümkündürmü?

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı: “AG Partiya Azərbaycanda heç bir siyasi partiyaya birləşməz”

AĞ Partiya başqanı Tural Abbaslı yeni qanundan narazılığını gizlətmədi: “Azərbaycanda yaradılmış siyasi mühit elə bir vəziyyət yaradıb ki, qeydiyyatdan keçmiş 60-a yaxın partiyanın bir çoxu bu qanundan qabaq da demək olar ki, faktiki olaraq fəaliyyətini dayandırmışdı. Ən yaxşı halda partiyaların 80%-i bir sədrlə təmsil olunurdu. Bir çoxunun rayon təşkilatları, üzvləri yox idi. Heç partiyalar var idi ki, bir otaqdan ibarət qərargahları belə yox idi. Yer tutmağa belə tələsmirdilər. Həmin partiya sədrləri müəyyən yerlərdə özlərini sədr kimi təqdim etməkdən başqa heç bir siyasi fəaliyyət göstərmirdilər. Düzdür, fəaliyyət göstərən partiyalar da var idi. Amma bu çox az sayda idi. 10-15 partiya var idi ki, müxtəlif təzyiqlərə rəğmən yenə də fəaliyyətlərini davam etdirirdilər. Amma siyasi mühit partiyaların perspektivinə mane olurdu. Ona görə də bu gün Azərbaycanda demək olar ki, sadə bir şərtə görə partiyalar sıradan çıxır. YAP-a birləşmək istəyən, yaxud bu imzaları təhvil verə bilməyən partiyalar zatən Azərbaycan siyasi səhnəsində yox idilər. Amma bu qanun azdan-çoxdan mövcud olan bəzi partiyalara maneçilik törədəcək. Siyasi proseslərdə iştirak edən, parlament seçkilərində azdan-çoxdan namizədlərlə iştirak edən, prezident seçkilərində iştirak etməyə cəhd göstərən, bələdiyyə seçkilərində proseslərə qoşulan, siyasi proseslərə rəy bildirən, təsir etməyə çalışan, müsahibələr verən, cəmiyyətdə rəy yaratmağa çalışan az sayda partiyalar var idi. Onlar da bu qanunla çətinliyə düşmüş olub”.

Partiya başqanı partiyasının üzvlük məsələsində heç bir problem yaşamadığını da qeyd etdi: “Biz hətta günü sabah belə siyahıları təqdim edə bilərik. Çünki bizdə zatən üzvlər elektronlaşdırılıb. Əslində partiyaların digər partiyalara birləşmələri bir az ideoloji məsələ olmalıdır. Partiyaların ideoloji xətləri eyni deyilsə, necə birləşə bilərlər. Şəxsi maraqları da təmin etmək üçün iqtidar partiyası ilə birləşib, ola bilsin ki, oradan nəsə almaq düşüncəsi olsun. Amma ideoloji xətləri uyğun olmayan partiyaların birləşməsi, sadəcə, gülüncdür. Məsələn, AG Partiya Azərbaycanda heç bir siyasi partiyaya birləşməz. Buna heç ehtiyacımız da yoxdur. İdeoloji baxımdan biz heç müttəfiq belə olmuruq”.

Fuad Əliyev: Şəhər və rayon mərkəzlərin yaranma günləri keçirilsin

Fuad Əliyev: “ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev problem yaşamayacaqlarına ümid edir: “Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Yeni Azərbaycan Partiyasına birləşəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil. ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib. Biz müxalifət partiyası olaraq daim onların siyasətini tənqid etmişik. Bu gün də daxili siyasətlə, sosial problemlərlə bağlı tənqidi çıxışlar edirik. Biz hansısa partiya ilə birləşmək fikrimiz yoxdur. ALDP ilə kimlər birləşmək istəyərsə, təklifləri müzakirə etməyə hazırıq.

“Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq, hər bir partiya 5 min üzvün qeydiyyatını aparmalıdır. Bu istiqamətdə heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var, sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Bu istiqamətdə də hazırda işləyirik. Üzvlərimizə bir daha baxış keçiririk. Çünki 24 illik partiyayıq. Üzvlərdən rəhmətə gedənlər, yaxud partiyadan çıxanlar da ola bilər. Biz indi onları araşdırırıq. Lazım olan 5 min üzvdən çox siyahı da təqdim edə bilərik”.

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov bəzi partiyaların YAP-a birləşməsinin ən doğru qərar olduğunu söylədi: “Əslində “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra bir sıra partiyaların Yeni Azərbaycan Partiyasına birləşəcəyi və ya hansısa partiyaların öz aralarında birləşmək qərarı alacağı gözlənilən idi. Burada partiyaların təkrar qeydiyyat üçün 5000 üzv olması şərti əsas rol oynasa da, eyni şəkildə bir sıra partiyaların ölkənin siyasi həyatında aktiv rol almaması da səbəblərdən biridir.

AMİP olaraq hər bir partiyanın öz gələcək fəaliyyəti ilə bağlı qəbul etdiyi qərara sayğı ilə yanaşırıq və bu yöndə istənilən qərarın qəbulunu partiyaların daxili işi hesab edirik. Düşünürəm ki, hakimiyyətin siyasi kursunu dəstəkləyən və ayrılıqda siyasi proseslərə təsir imkanı olmayan partiyaların elə YAP-a birləşməsi ən uyğun qərardır. Eyni şəkildə ideoloji baxışları və siyasi proseslərə münasibətləri eyni olan, təkbaşına fəaliyyət və təsir imkanları yetərli olmayan partiyaların da öz aralarında birlik qərarları alması müsbət addım olardı. Konkret adını çəkdiyiniz partiyalara gəldikdə isə deməliyəm ki, bu haqda məlumatlar getdikdən sonra Sosial Rifah Partiyasının sədri Əsli xanım və Liberal Demokrat Partiyasının sədri Fuad bəy həmin məlumatları təkzib edən açılamalarla çıxış ediblər. Liberal Demokrat Partiyasının bütün səviyyəli seçkilərdə öz namizədləri ilə iştirak etdiyini nəzərə alaraq, partiyanın təyin olunan müddət ərzində müvafiq sayda insanı səfərbər edərək qeydiyyat işini müsbət həll edə biləcəyinə inanıram. Amma yenə təkrar edirəm ki, ölkədə kifayət qədər partiya var ki, onların fəaliyyəti hiss olunmur və ictimai rəyə təsir etmək imkanları yox səviyyəsindədir. Odur ki, yeni siyasi münasibətlərin fonunda bu partiyaların YAP-a birləşmə və ya öz aralarında birlik qərarları verməsi ən düzgün addım olardı.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq bizim təbii ki, hər hansı bir qeydiyyat problemimiz yoxdur. Biz ən yaxın vaxtlarda tələb olunan siyahıları müvafiq dövlət qurumuna təqdim edəcəyik”. Musavat.com

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …