Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Bu Qərbdən gələn xüsusi bir təlimatdır” – Rus sülhməramlıları məsələsini qabartmaqla…

“Bu Qərbdən gələn xüsusi bir təlimatdır” – Rus sülhməramlıları məsələsini qabartmaqla…

11 yanvarda Moskvada Azərbaycan və Rusiya prezidentləri, erməni baş naziri birgə bəyanat imzalayıb. Həmin razılaşmanın mahiyyətinə uyğun olaraq fəaliyyət davam edir. Doğrudur hər iki tərəfdə bu prinsipləri pozmaq istəyində olanlar var. Belə səslər artmağa başlayır ki, prosesi dayandırsınlar. Amma bu prosesi dayandırmaq olmaz. Proses irəliləməlidir. Bölgədə sabitliyin bərpa olunması üçün bütün tərəflərin artıq yeni reallığı dərk etməlidr. Xüsusəndə, Ermənistanda bu prosesə daha diqqətlə yanaşılmalıdır.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Partiya sədrinə görə, bu məsələlərdə ciddi işlər görülməlidir: “Azərbaycan tərəfində də sosial şəbəkə seqmentində xarici kəşfiyyat ümumiyyətlə prosesin təhrif olunmasına çalışılır. Təssüf ki, xeyli sayda azərbaycanlı subyektlər bu prosesdə iştirak edir. Xüsusilə də, rus sülhməramlıları məsələsini qabartmaqla Rusiya ilə münasibətləri pozmağa cəhdlər edilir. Bununla bağlı hər hansısa çağırışlar hədəf götürülür. Çünki bu Qərbdən gələn xüsusi bir təlimatdır. Bu təlimatda da siyasətdən anlayışı olmayanların çoxusu guya milliyətçilik adı altında buna rəvac verirlər. Bu mərhələdə Rusiyanın da mövqeyindən müəyən dərəcədə istifadə etməliyik. Rusiyanın bu prosesdə hər hansı şəkildə Ermənistan tərəfə yönəlməsinə imkan verilməməlidir.

Millət vəkili Rusiya ilə münasibətlərdə daha irəliyə yönəlmiş hədəflərin seçilməli olduğunu söyləyib: “Türkiyə sülhməramlılarının ölkədə fəaliyyətinə tam şərait yaradılmalıdır. Bununla tam qarşılıqlı nəzarətin olması mümkün olacaq. Ona görə də, bölgədə ümumiyyətlə prosesin əngəllənməsinə çalışan qüvvələrin qarşısı alınmalıdır. Bununla Qələbəmizin nəticələrini irəlilətmək olacaq.

Fazi Mustafaya görə, bu proses uğurla davam edəcək: “Hər hansı bir şəkildə çətinliklər, müəyyən insidentlər də olsa bu başa çatdırılmalıdır. Çünki əsas bizim tərəfimizdədir. Bunu itirməməliyik. Bu baxımdan da, baş nazirlərin müvinlərinin görüşü artıq sistemli xarakter alacaq. Konkret olaraq martın 1-ə qədər əməkdaşlıqla bağlı layihənin təqdimatı olmalıdır. Bundan sonra daha aydın gedişat görünəcək. Naxçıvanla kommunikasiyanın açılması ən vacib məsələlərdəndir. Bunun həlli digər bəndlər üzrə prinsiplərin işlək hala gəlməsinə, bölgənin iqtisadi maraqlar üçün tam açılımına xidmət edəcək”.

Deputat son vaxtlar İranın da bu istiqamətdə fəallığına diqqət çəkib: “Bu yaxşı bir haldır. Çünki İran prosesdə digər dövlətlərlə birlikdə normal iştirakçı olmaq istəyir. Arzulanan da odur ki, Türkiyə Rusiya, İran, Gürcüstan, Ermənistan eyni vaxtda bölgənin iqtisadi dayanıqlı hala gəlməsində iştirakçı olsun”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …