Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bu gün “Son zəng” qeyd olunur

Bu gün “Son zəng” qeyd olunur

Bu gün Azərbaycanın bir çox məktəbində “Son zəng” qeyd olunur.
APA-nın xəbərinə görə, bu il “Son zəng” iki gün – mayın 29-u və 30-da qeyd olunacaq.
Belə ki, tədris həftəsi 5 günlük olan məktəblərin məzunları üçün “Son zəng” bu gun, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” tədbiri isə mayın 30-da təskil ediləcək.
2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 şagird bitirəcək. Ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.
Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. Məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.
174 DƏFƏ

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın