Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Bosniya baş nazirinin müavini: “Azərbaycanın nicatı sülhdə və Avropa İttifaqındadır”

Bosniya baş nazirinin müavini: “Azərbaycanın nicatı sülhdə və Avropa İttifaqındadır”

Bosniya münaqişəsinin həlli Qarabağ tənzimlənməsi və postsovet məkanındakı digər münaqişələr üçün model ola bilər. Bunu virtualaz.org-un əməkdaşı Ceyhun Nəcəfovla söhbəti zamanı Bosniya və Herseqovinanın baş nazirinin müavini Marko Şaroviç deyib.

“Münaqişələrimizdə oxşar amillər var, lakin fəqliliklər də mövcuddur. Bu cür qarşıdurmaların tənzimlənməsində başlıca şərt qlobal oyunçuların fikir birliyi və bilavasitə iştirakçıların gəldiyi daxili konsensusdur. 90-cı illərin əvvəllərində Bosniya və Herseqovinada da xarici müdaxilə, daxili münaqişə və güclü mərkəzlərin – ABŞ-ın, Rusiyanın və digərlərinin təsiri mövcud idi. Dönüş nöqtəsi Avropanın üzünü Bosniyaya tərəf çevirməsi oldu. Vacib deyil ki, Avropa qapılarını taybatay açsın, lakin ölkə daxilindəki bütün icmalar sülh şəraitində eyni dövlət tərkibində yaşamağa razılaşdılar ki, inkişaf etmiş, çiçəklənən geosiyasi məkanın bir hissəsinə çevrilsinlər. İldən-ilə Bosniya və Herseqovina Avropa İttifaqına daha da yaxınlaşır, gələn il isə Aİ-nin tam hüquqlu üzvünə çevriləcək. Hamısı da ona görə ki, artıq 22 ildir ki, dəhşətli millətlərarası, dinlərarası müharibəni yaşamış ölkə sülh və əminamanlıqda yaşayır”, – bosniyalı siyasətçi bildirib.

Bosniya və Herseqovinanın bütövlüyünün qorunub saxlanmasında digər vacib şərt, onun fikrincə, parlamentin, nazirlər kabinetinin və digər dövlət orqanlarının formalaşmasındakı konsensusdur. Hökumət elə formalaşır ki, heç bir icmada elə təəssürat yaranmasın ki, onun hüquqları pozulur.

“Belə ki, Bosniya münaqişəsinin tənzimlənməsinin başlıca düsturu – konsensusun əldə edilməsidir. Ən sərt millətlərarası münaqişədə belə sabitliyin, sülhün və inkişafın qarantı olan Avropa İttifaqına inteqrasiya kimi superməqsəd varsa, ədalətli sülhün əldə edilməsi mümkündür. Cənubi Qafqaz ölkələrinə gəlincə, buradakı bütün dövlətlər bu və ya digər şəkildə həmçinin Avropa İttifaqı ilə yaxınlaşmağa cəhd edirlər. Bu, potensial olaraq Cənubi Qafqaza sülh və sabitlik gətirə biləcək çox vacib amildir. Aİ millətlərarası münaqişələrin həllinin universal sistemidir”, – Şaroviç əminliklə bildirib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …