Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bir nəfərin hakimiyyəti erası sona çatdı”

“Bir nəfərin hakimiyyəti erası sona çatdı”

“Nikola Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Paşinyan doğru qərar verərək ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır: “Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. Cin şüşədən çıxdı, Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək. Ermənistanda bir nəfərin hakimiyyəti erası sona çatdı. Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsiri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …