Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Benzin və çörək” barədə danışmamışam, onu adıma yazanlar ləyaqətsizdir”

“Benzin və çörək” barədə danışmamışam, onu adıma yazanlar ləyaqətsizdir”

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Siyavuş Novruzovun çörəyin qiymətinin bahalaşması ilə bağlı dediyi fikirlər müzakirəyə səbəb olub.

Belə ki, S. Novruzov sosial şəbəkədə müzakirə edilən həmin fikirlərə aydınlıq gətirib. O bildirib ki, sosial şəbəkələrdəki bəzi səhifələrdə onun adından həqiqətə uyğun olmayan və reallığı əks etdirməyən sözlər yayılır:
“İddia olunur ki, guya mən “benzin və çörək” barədə hər hansı ifadələr səsləndirmişəm. Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm.

Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır. Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur.

Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, deputat onun adından yayılan bu açıqlamaya görə, dünəndən sərt tənqid olunurdu.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …