Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Belə şərəfsizlik olar, niyə xalqın əsəbləriylə oynayırlar?”

“Belə şərəfsizlik olar, niyə xalqın əsəbləriylə oynayırlar?”

“200 kişi 10 saata yaxındır oturub Minvoda uçmaq üçün təyyarə gözləyir”. 

Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı sosial şəbəkədə yazıb.

O, bildirib ki, hadisə Bakıda Heydər Əliyev Hava limanında baş verib: “Bir o qədər insan da o başda Bakıya uçmaq üçün təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizıliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur. Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə xalqın əsəbləriylə oynayırlar?”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …