Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Baş Prokurorluqdan “MTN işi” ilə bağlı açıqlama

Baş Prokurorluqdan “MTN işi” ilə bağlı açıqlama

Baş Prokurorluq “MTN işi”nə görə həbs edilən şəxslərdən birinin intihar etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Azinforum.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, bu barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir və qəti şəkildə təkzib olunur.

Qeyd edək ki, “Azadlıq.info” saytı “MTN işi”nə görə həbs olunan zabitlərdən birinin intihar etməsi barədə məlumat yayıb. Məlumatda intihar edənin kimliyi haqqında məlumat verilmir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın