Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bakının hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir“

“Bakının hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir“

Azərbaycan rəhbəri qalib mövqeyindən çıxış edir.

Bu sözlər erməni politoloq Armen Baqdasaryanın mediaya şərhindəndir.

Baqdasaryan Azərbaycan Prezidentinin regional məsələləri MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından və ümumiyyətlə, İlham Əliyevin müxtəlif platformalardan maksimum istifadə etməsindən narahatlığını da dilə gətirib. O, MDB meydanının bu məsələlərə aidiyyəti olmadığını deməklə təsəlli tapmağa çalışıb.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında problemi üçtərəfli bəyanat tənzimləyir:

“Ancaq məsələ ondadır ki, Paşinyanın təklif etdikləri Azərbaycana lazım deyil. Paşinyan mina xəritələrini verməyi, delimitasiya və demarkasiya prosesini başlatmağı, kommunikasiyaları açmağı və atəşkəs rejiminin qorunması üçün nəzarəti gücləndirməyi təklif edir. Bakının isə ilk növbədə hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir”.

Baqdasaryan deyib ki, 44 günlük müharibədən bəri heç nə dəyişməyib, Bakının mövqeyi də ciddi şəkildə müttəfiqləri tərəfindən dəstəklənir:

“Xüsusilə yada salın ki, müharibə vaxtı heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanı ittiham etmədi. Bakı bilir ki, ərazi bütövlüyü məsələsində beynəlxalq aləm onu dəstəkləyir və bundan “status” məsələsində istifadə edir”. 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …