Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakıda “partlayışı” bu dəfə də ispanlar təşkil edəcək

Bakıda “partlayışı” bu dəfə də ispanlar təşkil edəcək

Bu ilin may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində atəşfəşanlığa bu dəfə də İspaniyanın “Ricasa” şirkəti cavabdeh olacaq.

Virtualaz.org bildirir ki, bu barədə “El Mundo” məlumat yayıb.

Məlumatda bildirirlir ki, iki il bundan öncə – Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində olduğu kimi, Azərbaycan rəngarəng şounu bu dəfə də Valensiyadan olan şirkətə etibar edib.

Avropa Oyunlarından başqa, “Ricasa” Sidney Olimpiadası (2000-cil), Soçi Qış Oyunları (2014-cü il), eləcə də Sinqapurda “Formula-1” Qran-Prisində və bir çox digər yarışlarda atəşfəşanlıq təşkil edib.

İspan şirkəti asiyalı rəqiblərindən fərqli olaraq Olokauda yerləşən zavodda daha az tüstülü, ekoloji cəhətdən daha az ziyanlı pirotexnika istehsal etmələri ilə fəxr edir.

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimində “Ricasa” 12 min fişəng partladıb.

“Fişənglərimizin belə tədbirdə istifadə eidlməsindən qürur duyuruq”, – deyə şirkətin direktoru Rikardo Kabalyer bəyan edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın