Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bağlı qapılar arxasında qurulan planlar…” – Ərdoğandan şok Qarabağ açıqlaması

“Bağlı qapılar arxasında qurulan planlar…” – Ərdoğandan şok Qarabağ açıqlaması

“Türkiyə etdiyi həmlələrlə əsrlərdir müstəmləkəçilik üzərində qurulmuş düzəni kökündən sarsıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz ölkə xaricdə də tarixi dönüşün təməllərini atırıq. Aralıq dənizinin şərqindən Qarabağa qədər kritik məsələlərin həll edilməsində irəli sürdüyümüz güclü iradə ilə qətiyyətimizi bütün dünyaya göstərdik. Türkiyə etdiyi həmlələrlə əsrlərdir müstəmləkəçilik üzərində qurulmuş düzəni kökündən sarsıdır”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan Türkiyənin terrorizmlə mübarizədə böyük nəticələr əldə etdiyini bildirib:

“Bölgəmizdə bağlı qapılar arxasında qurulan planlar artıq günahsız insanların qan bahasına həyata keçirilə bilməz. Bunlar terrorizmi alovlandıra bilməz. Belə bir düzəni pozan bir ölkənin hədəf taxtasına qoyulmaması mümkündürmü? Nə desələr də, nə etsələr də, tarix öz hökmünü verir”. /Teleqraf

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …