Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Baba, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur…” – AzTv-dən İrana növbəti cavab – VİDEO

“Baba, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur…” – AzTv-dən İrana növbəti cavab – VİDEO

Son günlər AzTv-də “Həftə” analitik-informasiya proqramında yayımlanan siyasi materiallar geniş müzakirə olunur. 

Proqramın budəfəki mövzusu AzTV-nin rəhbəri Rövşən Məmmədovun təqdimatında İranın ölkəmizə təhdid mesajlarına tutarlı cavab olub. 

Nəzərinizə çatdıraq ki, ötən günlərdə İran telekanalında Azərbaycanı birbaşa hədəf alan videoklip verilmişdi. Hansı ki, burada “Azərbaycan, əlinlə qəbrini qazma” kimi hədə dolu fikirlər səsləndirilir. 

Bu fikirlərə Rövşən Məmmədovun cavabı belə oldu:

“Bəli, Azərbaycan qəbir qazır. Amma özünə yox, düşmənlərinə… Əgər sən də bu siyahıya düşmək istəyirsənsə, seçim özünündür. Amma baba, bir şeyi yaddan çıxarma ki, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur. Və biz qəbir qazmaqda peşəkarlığımızı sənin kimi cizgi filmlərinə bənzəyən görüntülərlə, yaxud elə İran televiziyalarının səviyyəsini göstərən videoçarxlarla yox, real nümunələrlə – döyüş meydanında sübut etmişik…”

https://player.baku.tv/embed/63806

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …