Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Azərbaycanla Ermənistan arasında vasitəçilik spontan baş verdi” – Qaribaşvili

“Azərbaycanla Ermənistan arasında vasitəçilik spontan baş verdi” – Qaribaşvili

“Bu il Gürcüstan bölgədə vacib presedent yaratdı və çox şadam ki, bu, mənim vasitəçiliyim ilə baş tutdu. Biz iki dost və qonşu ölkə arasında ilk presedent yaratdıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan vasitəçiliyi ilə regionda sülh və sabitliyə əhəmiyyətli töhfə verib:

“Azərbaycan və Ermənistan arasında razılaşma üçün mən şəxsən çox səy göstərdim. Hər iki ölkədə bir neçə dəfə oldum, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətlərim oldu. Vasitəçilik təşəbbüsü ilə çıxış etdim. Hər şey spontan baş verdi və mediasiya faktı ilə nəticələndi”.

Xatırladaq ki, bu ilin iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …