Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycanda deputatların sayı artırılır? – Açıqlama

Azərbaycanda deputatların sayı artırılır? – Açıqlama

Parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılaraq 175 nəfərə çatdırılması ilə bağlı xəbərlər yayılıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib ki, bu cür Konstitusiya dəyişikliyi yalnız referendum vasitəsilə reallaşa bilər, amma bunun yaxın zamanlarda olacağı ilə bağlı dəqiq məlumat yoxdur:

“Bu mövzu zaman-zaman gündəliyə gəlir və müzakirə predmetinə çevrilir. Bu haqda  dəqiq cavab vermək imkanına malik deyiləm, çünki məndə yaxın zamanlarda referendum keçiriləcəyi ilə bağlı informasiya yoxdur”.

Millət vəkilinin sözlərinə görə, gələcəkdə parlamentdə də bəzi islahatlar aparıla bilər:

“Gələcəkdə təbii ki, belə referendumun keçirilməsi istisna olunmur, çünki cəmiyyət inkişaf edir, dövlətimiz daha da güclənir, onun hədəfləri böyüyür. Belə olan halda təbii olaraq ölkənin bütün sahələrində islahatların aparılması zəruri olduğu kimi, parlamentdə də bu və ya digər islahatların aparılması qaçılmazdır. Ona görə də gələcəkdə bu cür dəyişikliklər ola bilər, ancaq indiki zaman çərçivəsində mənim referendum keçirilməsi ilə bağlı əlimdə dəqiq məlumat yoxdur”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …