Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycanda 240 ştatlıq yeni dövlət agentliyi yaradıldı –Dəyişiklik

Azərbaycanda 240 ştatlıq yeni dövlət agentliyi yaradıldı –Dəyişiklik

Prezident İlham Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, yeni yaradılan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin adı dəyişdirilərək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb.

Fərmanda deyilir ki, mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestri yaradılacaq.

Bundan başqa “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu”, və “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” təsdiqlənib.

Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …