Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycan, Türkiyə və Türkmənistan sammiti keçirilə bilər

Azərbaycan, Türkiyə və Türkmənistan sammiti keçirilə bilər

“Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli sammit keçirə bilər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı bəyan edib.

Onun sözlərinə görə, bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana gözlənilən səfəri zamanı keçirilə bilər.

Türkiyə XİN başçısı həmçinin İpək Yolunun canlandırılması məsələsində üç ölkənin rolunu qeyd edib: “Tarixi İpək Yolunun bərpası məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin üzərinə böyük öhdəliklər düşür. Bununla əlaqədar, bu üç ölkə ən əsas oyunçulardır”.

O deyib ki, dəmir yolu və avtomobil yolu bağlantılarını qurmaq lazımdır: “Digər tərəfdən, enerji təhlükəsizliyinə nail olmaq üçün Türkmənistan qazının TANAP layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılması imkanları qiymətləndirilməli, Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi layihəsinin reallaşdırılması məsələsinə baxılmalıdır”. (Report)

Həmçinin oxuyun

Erməni lobbisi İlham Əliyevin Almaniyaya səfərində təxribat törətməyi planlaşdırır

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfəri çərçivəsində Kansler Olaf Şoltsun dəvəti ilə aprelin 26-da …