Ana səhifə / Dünya / Türkiyədə dəhşətli partlayışda 7 əsgər öldü, 25 nəfər yaralandı

Türkiyədə dəhşətli partlayışda 7 əsgər öldü, 25 nəfər yaralandı

Türkiyənin Hakkari vilayətində baş verən partlayış zamanı 7 əsgər ölüb, 25 əsgər yaralanıb. Bunu Mustafa Kamal Atatürkü anma mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən axsam saat 17.00-radələrində Hakkarinin Şəmdinli rayonunda hərbi baza ərazisində böyük partlayış baş verib. Şəmdinli Sülh Cəza Hakimliyi xəbərin yayılmasına qadağa qoyub.

Məlumat bu gün prezident tərəfindən Beştəpədə keçirilən anım mərasimində açıqlanıb.

Bundan əvvəl valilik tərəfindən verilən açıqlamada polis idarəsində qəzalı vəziyyətdəki silah-sursatın partlaması nəticəsində 25 əsgərin yaralandığı, 7 əsgərin isə itkin düşdüyü bildirilmişdi.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …