Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycan səfiri Laçın yoluna görə Niderland XİN-ə çağırılıb?

Azərbaycan səfiri Laçın yoluna görə Niderland XİN-ə çağırılıb?

Azərbaycan səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Armenpress” Niderland Erməni Təşkilatları Federasiyasına (FAON) istinadən xəbər yayıb.  İddia olunur ki, səfirin XİN-ə çağrılması  “Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməməsidir”.  

İddiaya görə, Niderlandın Xarici İşlər Nazirliyində  Azərbaycan səfirinə ölkəsinin Beynəlxalq Məhkəmənin Laçın dəhlizinin açılması ilə bağlı qərarına əməl etməsinin zəruriliyini xatırladıb. 

Qeyd olunur ki, “Niderland parlamentinin 13  fraksiyası Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də Laçın dəhlizinin blokunun açılması ilə bağlı qərarını yerinə yetirməməsi ilə bağlı bu ölkənin xarici işlər naziri Vopka Hoekstraya yazılı suallar göndərib. “Cavabında Vopke Hukstra parlamentarilərlə razılaşaraq qeyd edib ki, Azərbaycan məhkəmənin qərarına əməl etmir, ona əsasən Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməlidir” deyə,  FAON-a istinadən bildirilir.  

Cavab məktubunda nazir vurğulayıb ki, beynəlxalq məhkəmənin qərarları hüquqi qüvvəyə malikdir, buna görə də Niderland Azərbaycan hakimiyyətini bu qərara əməl etməyə çağırıb.

nid.jpg (41 KB)

FAON-un məlumatına görə, Niderlandın xarici işlər naziri “Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar vəziyyətlə bağlı narahatlığını dəfələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə ikitərəfli danışıqlarda, habelə bu yaxınlarda keçirilən görüşdə bildirib.  FAON qeyd edir ki, Niderlandın xarici işlər naziri bu narahatlığı azərbaycanlı həmkarına bir neçə söhbətində də çatdırıb. Bu narahatlıqlar müxtəlif beynəlxalq konfranslarda Aİ bəyanatlarında da ifadə olunub. Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra qeyd edib ki, məhkəmənin qərarı tam icra olunmalıdır, bu isə o deməkdir ki, Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etməlidir” deyə, iddiada bildirilir.  

Qeyd edək ki, Azərbaycanın Niderlanda Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundovdur.  

Bu ilin yanvarında Davosda  Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığının baş naziri Mark Rutte ilə görüşü olub.

Görüşdə İlham Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verib, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd edib. Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirib.

 Prezident  yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırıb, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulayıb.

Səfirin XİN-ə çağrılması ilə bağlı Azərbaycan hələ ki, rəsmi məlumat yaymayıb. 

Musavat.com 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …