Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Azərbaycan qarşısında yeni hədəflər müəyyən edib” – Elman Nəsirov

“Azərbaycan qarşısında yeni hədəflər müəyyən edib” – Elman Nəsirov

“Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin onun sözünün mənası və çəkisi çox böyükdür. Çox böyük məna yükü və əhəmiyyəti olan bu fikirlərin müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Həm də Azərbaycanın dünya miqyasında sözünün böyüklüyünü təmin edən şəxs də elə İlham Əliyevin özüdür”.

Bu sözləri Azinforum.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində bu gün Azərbaycan dünyada mövqeyi kifayət qədər güclü olan bir dövlətə çevrilib: “Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edirlər və Azərbaycan qarşısında qoyduğu istənilən hədəfə çatmaq iqtidarında olan dövlətdir. Eyni zamanda, Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi altında yeni bir tarix yazmış dövlətdir. Xüsusilə də 44 günlük Vətən müharibəsin dövründə cənab Prezidentin rəhbərliyi ilə bizim yenilməz ordumuzun qazandığı tarixi qələbədə, sözün həqiqi mənasında Azərbaycan bütün gücünü və potensialını ortaya qoydu. Həm də o reallığı ortaya qoydu ki, bu qələbəni təmin edən üç mühüm amil var: birincisi cənab Prezidentin siyasi iradəsi, ikincisi ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlıq, üçüncüsü isə xalqın birbaşa dəstəyidir”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan Prezidentinin qazandığı bütün bu tarixi uğurların kökündə dayanan əsas amil odur ki, o öz xalqını bütün varlığı ilə sevir və bu sevgi qarşılıqlıdır: “Xalq da cənab Prezidentin arxasında dayanıb və istənilən mövqeyini birmənalı şəkildə dəstəkləyir. Bunun sayəsində müəyyən beynəlxalq, siyasi dairələr anti-azərbaycan qüvvələr ölkəmizlə bağlı çirkin niyyətlərini həyata keçirmək üçün heç bir münbit şərait əldə edə bilmirlər. Bunun səbəbi həm də onunla bağlıdır ki, ölkə Prezidenti müstəqil, xalqının milli mənafeyindən irəli gələn siysət həyata keçirir. Bu siyasət heç bir halda üçüncü dövləti hədəf almayıb. Bu qarşılıqlı əməkdaşlığa, bərabər hüquqa söykənən siyasətdir. Elə bunun da səyəsində dünyanı narahat edən ən mürəkkəb problemləri həll etmək üçün ABŞ və NATONUN, Rusiyanın ali hərbi rəhbərliyi danışıqlar aparmaq üçün məhz Azərbaycanın paytaxtı olan Bakı şəhərini seçiblər. Bu da cənab Prezident İlham Əliyeva olan inam və etimaddan irəli gəlir. Azərbaycan qarşısında yeni hədəflər müəyyən edib. İşğaldan azad olunmuş torpaqların bərpası və yenidənqurulması bizim üçün bir nömrəli məsələdir. Bunu həyata keçirmək üçün bizim bütün imkanlarımız var. Siyasi iradə və xalqın dəstəyi də ortadadır. Maliyyə resurslarımız da var. Dostlarımız da bizi dəstəkləyir. İşğaldan azad olunmuş torpaqlarımızın cənnətə çevrilməsi həm də strateji hədəf kimi müəyyən edilir. Bunun da çox böyük mənası var ki, “qoy Ermənistan rəhbərliyi papağını qabağına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur”. Ermənistan uçurumun astanasındadır. Yalnız əməkdaşlıq yolu ilə onun da nicatl və xilası da mümkündür”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …