Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycan oktyabrın 25-də qış vaxtına keçəcək

Azərbaycan oktyabrın 25-də qış vaxtına keçəcək

Oktyabrın 25-də Azərbaycan ərazisində qış vaxtına keçilərək.

 

APA– məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

 

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

 

Beləliklə, bu il oktyabrın 25-də saat 05:00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın