Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ – HƏRBİ EKSPERT

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ – HƏRBİ EKSPERT

“ABŞ-nin Cənubi Qafqaz regionundakı tərəfdaşı olan Azərbaycanın təhlükəsizliyi Vaşinqton üçün mühüm faktordur”.

Bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirovla ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braunun görüşünün mahiyyətindən danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycan Silahlı Qüvvələri nümayəndələri ABŞ və xüsusən NATO strukturları ilə mütəmadi görüş keçirir:

“Azərbaycan NATO ilə sülh naminə əməkdaşlıq proqramı çərçivəsində Avro-Atlantik məkanına inteqrasiya üçün addımlar atır.

Düşünürəm ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirovla ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braunun görüşü çərçivəsində İranın Azərbaycana təhlükəsi də müzakirə olunub. İranın təhdidlərindən ABŞ-də narahatdır. Ona görə də gələcəkdə ABŞ-Azərbaycan hərbi görüşlərinin intensivliyini müşahidə edəcəyik. ABŞ-nin Cənubi Qafqaz regionundakı tərəfdaşı olaraq Azərbaycanın təhlükəsizliyi Vaşinqton üçün mühüm faktordur.

Zənnimcə, görüş çərçivəsində yaxın perspektivdə baş verəcək proseslərlə bağlı məsləhətləşmələr, İranın fəaliyyətinə dair kəşfiyyat məlumatlarının mübadiləsi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO və ABŞ strukturlarının inteqrasiyası müzakirə edilib”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …