Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Azərbaycan ərazi bütövlüyü məsələsi danışıqlar mövzusu deyil” – ADTP

“Azərbaycan ərazi bütövlüyü məsələsi danışıqlar mövzusu deyil” – ADTP

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası Brüssel görüşü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Brüssel görüşü nəticələrinin və ölkə başçılarının açıqlamasından xüsusilə də Prezident İlham Əliyevin açıqlamasından deməyə əsas verir ki, Azərbaycan ərazi bütövlüyü məsələsi danışıqlar mövzusu deyil. Belə ki, görüşdə hər iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası ilə əlaqədar Sərhəd Komissiyasının yaradılması və sülh sazişi məsələləri müzakirə olunmuşdur.

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası olaraq bildirmək istəyirik ki, sülh sazişinin imzalanması Qafqazda davamlı sabitliyin təmin olunması üçün mühüm bir addımdır. Həmçinin bu sülh sazişi hər iki ölkə üçün inkişafayönümlü proseslərin qurulmasına xidmət edəcək. Ermənistan rəsmilərinin görüşlə bağlı açıqlamasında qeyd olunur ki, Azərbaycan tərəfinin təqdim etdiyi təkliflərdə Ermənistan üçün qəbuledilməz bir təklif yoxdur. Şarl Mişel isə qeyd edib ki, böyük irəliləyişə nail olduq.

Partiya olaraq bu məsələlərə hər zaman optimist yanaşmamız olub. Düşünürük ki, bu proses Azərbaycan maraqlarına tam uyğun olaraq sonlanacaq. Ərazi bütövlüyümüzün bərpası istiqamətində atılacaq bütün addımları partiya olaraq dəstəkləyirik. Bu bizim milli borcumuzdur. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında xidməti olan ordumuzun fədakarlığı, xalqımızın həmrəyliyi və zəkaya söykənən diplomatiyaya bir daha nəzər salıb heç kimin xidmətinə kölgə salmadan bəyan edirik ki, atılan addımlar gələcəkdə xalqımızın firavan yaşamasına, güclü ordumuzun daha da möhkəmlənməsinə, iqtisadiyyatımızın dirçəlməsinə siyasi duyuqlanmanın genişlənməsinə hesablanmalıdır”.

ADTP mətbuat xidməti

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …