Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azər Həsrət: “İslamın da partiyası olar?”

Azər Həsrət: “İslamın da partiyası olar?”

“İndi ki siyasi partiyalar haqqında qanunun müzakirəsi gedir, bir məsələni də mən deyim. Bilmirəm, bəlkə də qanun layihəsində var. Varsa, əla. Yoxdursa, təklif edərdim ki, dini əsaslarla siyasi partiya qurmaq qəti qadağan edilsin”.

Bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

“Örnək üçün, İslam Partiyası. İslamın da partiyası olar? Bu bir dindir və dünyada hətta milyardları aşan ardıcılları var. Elədirsə, kimin ixtiyarı var ki, islam dini adına partiya qurub ondan özünün siyasi məqsədləri üçün istifadə eləsin? Deməyin ki, Avropada xristian partiyaları var, bizdə niyə olmasın? Avropada hər şeyin mükəmməl olmadığını da qəbul edək nəhayət ki…” – A.Həsrət qeyd edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …