Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət /  AVP-nin 70 yaşlı yubilyarı – Partiyadan Fəzail Ağamalıya təbrik

 AVP-nin 70 yaşlı yubilyarı – Partiyadan Fəzail Ağamalıya təbrik

26 avqust Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail Ağamalının 70 yaşı tamam olur. Azinforum.az  bu münasibətlə partiya adından sədrə ünvanlanan təbriki təqdim edir:

“Hörmətli Fəzail müəllim!

Siz gənc yaşlarınızdan həyat və sağlamlığınızı təhlükə altına qoyaraq, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda həmişə mübarizə aparmış və ölkəmiz müstəqillik əldə etdikdən sonra da onun qorunmasında əlinizdən gələni əsirgəməmisiniz.
Ana Vətən Partiyasının illər uzunu əldə etdiyi uğurlar Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl siyasətlə ayrılmaz şəkildə bağlıdır.
Əminik ki, Sizin gücünüz və enerjiniz, bundan sonra da, Ana Vətən Partiyasının inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə, vahid Azərbaycan ideyalarına xidmət edəcəkdir.
Sizi yubiley yaşınız münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, cətin və şərəfli məsləkinizdə uğurlar arzulayır və daim yüksək zirvələrdə olmağınızı uca Tanrıdan diləyirik.

AVP mətbuat xidməti”

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın