Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ata Abdullayev Səbinə Əliyevaya: “Başıma iş gəlsə, məni qoruyacaqsınız?”

Ata Abdullayev Səbinə Əliyevaya: “Başıma iş gəlsə, məni qoruyacaqsınız?”

Tanınmış blogger Ata Abdullayev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya həbs edilmə ehtimalı ilə bağlı gözlənilməz sual verib.

Ata Abdullayev son vaxtlar tənqidi çəkilişlər apardığı məmurlarla bağlı azadlığı üçün təhlükə olması ehtimalını dilə gətirərək, Ombudsman Səbinə Əliyevaya “mən tutulsam, məni müdafiə edəcəksiniz?” sualı ünvanlayıb.

Ata Abdullayev son günlər müxtəlif məmurlarla bağlı tənqidi çəkilişlər etdiyini deyib:

“Ürəyimdə belə hiss var ki, sabah başıma hər hansı iş gəlsə, Ombudsman olaraq Səbinə xanım mənim hüquqlarımı qoruyacaqmı?”.

Ombudsman Səbinə Əliyeva isə bloggerə cavabında bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edən hər kəsin hüquqları müdafiə olunur:

“Azərbaycan Konstitusiyasınınn tələblərinə uyğun olaraq hər kəs bizə müraciət edə bilər. Ölkə Ombudsmanı olaraq biz hər bir müraciəti araşdırırıq”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …