Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / ATƏT PA-nın komitə sədri Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb

ATƏT PA-nın komitə sədri Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb

ATƏT Parlament Assambleyasının insan haqları üzrə komitəsinin sədri İgnasio Sancez Amon jurnalist Əziz Orucovun həbsdən azad olunmasını alqışlayıb.

Bu barədə məlumat ATƏT PA-nın rəsmi saytında yerləşdirilib.
Komitə sədri jurnalistin azalığa buraxılmasını müsbət addım kimi qiymətləndirib.

Qeyd edək ki, aprelin 5-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb. Vəkil Cavad Cavadov bildirib ki, Əziz Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2-ci maddəsi ilə onun əməlində cinayət tərkibi olmadığına görə qərar ləğv olunub, həmin hissədə iş üzrə icraata xitam verilib.

Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif olunmaqla barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. (AzVision.az)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …